Bu gün Azərbaycanın dörd yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında medal görüşünə çıxacaq.
Sportliqa.az xəbər verir ki, Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.
Daha bir final görüşündə Abdurrahman Hüseynli (51 kq) özbəkistanlı Bunyod Hasanovla üz-üzə gələcək.
Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib.
Zöhrab Səfərov (92 kq) 3-cü yer uğrunda əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə qarşılaşacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışda Azərbaycan güləşçilərindən hələlik Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc, İsfahan Həsənov (80) isə gümüş medal qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az