Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də mərhələnin cavab matçına çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Sumqayıtda "Payde"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək. Komandaların Estoniyadakı ilk oyununda "Zirə" rəqibinə uduzub - 0:1
Cütün qalibi 3-cü mərhələdə "Rapid"lə (Avstriya) qarşılaşacaq.
30 iyul
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20:00. "Zirə" (Azərbaycan) – "Payde" (Estoniya)
(İlk oyun: 0:1)
Baş hakim: Patrik Kolariç (Xorvatiya)
Sumqayıt, "SOCAR Polymer Arena"
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az