“Sabah” – “Orhus” matçının hakimləri açıqlanıb
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Orhus” (Danimarka) matçının hakimləri müəyyənləşib.
Sportliqa.az UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.
Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.
Komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda olacaq.