"Sabah" Andrey Santosu yenidən icarəyə göndərib.
Sportliqa.az xəbər verir ki, 1 ay əvvəl Gürcüstanın "İberiya" klubu ilə icarə müqaviləsi bağlayan braziliyalı Ukraynaya yollanıb.
Müdafiəçi karyerasını "Veres"də davam etdirəcək.
21 yaşlı "sambaçı" ilə 1 mövsümlük müqavilə bağlanıb. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.
Qeyd edək ki, 2025-ci ildən "Sabah"a məxsus olan Santos "bayquşlar"ın heyətində 8 oyun keçirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az