8–9 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 cüdoçu (4 oğlan, 9 qız) ilə təmsil olunacaq. Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.