“Qarabağ” – “Dinamo” matçının biletləri satışa çıxarılır
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) matçının biletləri 6 avqust, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Sportliqa.az xəbər verir ki, standart biletlərin qiymətləri belədir:
5, 10, 15 və 20 AZN
VIP sektorlar: 50, 75 və 100 AZN
VVIP sektorlar: 150 AZN
VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Biletləri yalnız “iTicket.az”-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək olar. Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər “iTicket.az”-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər. Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.