AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə matçdan sonra Canni De Byazinin mətbuat konfransında qalmaqal yaşanıb.
Sportliqa.az xəbər verir ki, millimizin baş məşqçisi mətbuat konfransını tərk edib. O, "Estoniyaya qalib gәlsәk dә, etiraf etmәliyik ki, çoxdandır belә zәif rәqiblә oynamamışdıq" fikirlərinə qəzəblənərək sərt cavab verib:
"Siz sevinməyi bacarmırsınız. Sual vermək çətin deyil, amma siz sual verməyi bacarmırsız".
Qeyd edək ki, millimiz səfərdə qalib gəlib - 2:0.