“Karvan-Yevlax”da yeni qapıçı
“Karvan-Yevlax” heyətini qapıçı Rüstəm Samiqullinlə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son olaraq “Cəbrayıl” klubunda forma geyinən 23 yaşlı qolkiperlə 2026/2027 mövsümünün sonuna qədər olan müqavilə bağlanıb.