"Qarabağ"dan Elvin Cəfərquliyevlə bağlı açıqlama
"Qarabağ"ın ötən gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" ilə ilk oyununda zədlənən futbolçusu Elvin Cəfərquliyevin durumu haqda açqlama yayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat bölüşüb.
Bildirilib ki, 26 yaşlı müdafiəçinin vəziyyəti hələ dəqiq müəyyənləşməyib. O, MRT müayinəsi olunacaq.
Klub müayinədən sonra futbolçunun durumu haqda daha dəqiq məlumat yayacağını qeyd edib.
Qeyd edək ki, özügedən görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.