"Qranada"nın sabiq qapıçısı Luka Zidan karyerasını "Leqanes"də davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, bu haqda İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qapıçı yeni klubuna tam transfer olunub. Tərəflər arasında bir illik müqavilə imzalanıb. Müqavilənin müddəti daha bir il uzadıla bilər. Transferin maliyyə detalları açıqlanmayıb.
Zidan son iki mövsümdə Sequndada çıxış edən "Qranada"nın formasını geyinib. Bu müddətdə bütün turnirlərdə 45 oyuna çıxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az