"İmişli" klubu ötən mövsüm ərzində oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksindən ayrılıb.
Sportliqa.az xəbər verir ki, klub sosial media hesablarında etdiyi patlaşımda arena ilə vidalaşıb.
Bölgə təmsilçisi göstərilən diqqət, yaradılan şərait və qonaqpərvərliyə görə təşəkkürünü bildiririb.
Qeyd edək ki, "İmişli" yeni mövsümdə Yevlax şəhər stadionunda oynayacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az