Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, milli 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb. Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 74:71.
Yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.
Daha əvvəl milli qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az