Futbol üzrə Macarıstan çempionatında 3-cü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” komandası öz meydanında "Uypeşt" klubunu qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb.
Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 77-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra "Uypeşt" 6 xalla ilk pillədə, "Kişvarda" isə 4 xalla 6-cı pillədə yer alıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az