“Qarabağ” klubu futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:
“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”
Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.
O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az