Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Sumqayıt" "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, "Sumqayıt" klubunun portuqaliyalı baş məşqçisi Filipe Kandido oyundan sonra oyun barədə fikirlərini bölüşüb:
“Əvvəlcə “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı oyun göstərib qələbə qazananda onları təbrik etməyi hər zaman özümə borc bilirəm.
Futbolçularıma da belə ağır oyunda göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Künc zərbəsindən vurulan ilk qola qədər, demək olar ki, “Neftçi” təhlükəli vəziyyət yarada bilmirdi. Həmin qoldan sonra rəqib sanki özünəinam qazandı, biz isə əksinə, bunu itirdik.
İkinci hissəyə dəyişikliklərlə başladıq və oyunda geri dönüş etməyə çalışdıq. Bəlkə də komandalar meydanda bərabər sayda futbolçu ilə mübarizə aparsaydı, buna nail ola bilərdik”.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az