AFFA-da kadr və struktur dəyişiklikləri davam edir.
Xəbər verdiyimiz kimi, Aidə Əliyeva Assosiasiyanın mətbuat katibi, Aysel Zahidqızı PR meneceri təyin olunub.
Sportliqa.az-a daxil olan məlumata görə, Media departamentinə isə Turab Teymurov rəhbərlik edəcək.
Turab Teymurov idman ictimaiyyətinə Bakı Şəhər Halqasındakı fəaliyyəti ilə tanışdır. O, deputat Nigar Arpadarainin Bakı Şəhər Halqasında Media departamentinə rəhbərlik etdiyi dövrdə onunla birgə çalışıb. Nigar Arpadarai parlamentdə mandat qazandıqdan sonra Teymurov departamentdə rəhbər vəzifəyə yüksəlib.
Qeyd edək ki, Turab Teymurov AFFA Hakimlər departamentinin rəhbəri Bəhruz Teymurovun qardaşıdır. Bəhruz Teymurov ötən il bu vəzifəyə təyin olunub. O, bundan əvvəl – 2020-2025-ci illərdə deputat Nigar Arpadarainin köməkçisi kimi fəaliyyət göstərib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az