Portuqaliya yığması Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk qələbəsini qazanıb.
Sportliqa.az xəbər verir ki, komanda günün ilk matçında İspaniya seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma 3:1 hesabı ilə bitib.
Günün ikinci görüşündə Azərbaycan yığması Belçika ilə qarşılaşacaq. Bu oyun saat 18:30-da start götürəcək.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda təşkil olunacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az