3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində qarşılaşdığı Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.
Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya seçmələri ilə üz-üzə gələcək.
Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az