Ötən mövsüm Azərbaycan çempionu olan "Turan" voleybol klubu bu mövsüm CEV Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yarışa II təsnifat mərhələsindən qoşulacaq Tovuz təmsilçisinin ilk rəqibi Xorvatiya çempionu "Mladost Zaqreb" klubu olacaq.
Doğma azarkeşləri qarşısında ilk ev oyununa çıxacaq klub bütün idmansevərləri bu qarşılaşmada komandaya dəstək olmağa və tribunaları doldurmağa çağırıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az