Azərbaycanın qadınlardan ibarət 3×3 milli komandası Belçikanın Antverpen şəhərində keçirilən Avropa Çempionatında mübarizəyə başlayıb.
Sportliqa.az xəbər verir ki, mmillimiz ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib.
Ukrayna üzərində qazanılmış qələbədən sonra millimiz 1/4 final şanslarını artırıb. Qrupun son oyunu Niderland və Ukrayna komandaları arasında baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az