Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında mübarizə aparıblar.
Sportliqa.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnirdə ölkəni İbrahim Məmmədov – Məhəmməd Aslanlı və Səbinə Əlizadə – Leyla Əliyeva cütlükləri təmsil ediblər.
Məmmədov – Aslanlı dueti təsnifat mərhələsində İtaliyaya (0:2) və İsrailə (1:2) məğlub olublar.
Əsas mərhələdə çıxış edən Əlizadə – Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) komandalarına uduzublar.
Sentyabrın 9-13-də təşkil olunan qitə birinciliyində oğlanların yarışında 26 ölkədən 32 cüt, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.
Azərbaycanın çimərlik voleybolçuları sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az