AFFA İntizam Komitəsi "Kəpəz"i cərimələyib.
Sportliqa.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Bildirilib ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib. Gəncə təmsilçisinin cərimələnməsinə səbəb Misli Premyer Liqasının 5-ci turunda "Qəbələ" ilə görüşdə "Kəpəz" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsİ və bu halın cari mövsümdə 2-ci dəfə təkrarlanmasıdır.
Buna görə də “Kəpəz” 5000 manat cərimə edilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az