“Qarabağ”ın futbolçusu Bense Varkonyi ilk dəfə Macarıstanın əsas milli komandasına çağırılıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.
Yığmasının baş məşqçisi Marko Rossi 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Varkonyidn başqa heyətdə daha dörd yeni futbolçu var.
Macarıstan millisi UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı qəbul edəcək. Komanda sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az