AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursuna start verilib.
Bu barədə Sportliqa.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.
Tədbirin açılışında qurumun baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb.
Kursun məşğələlərini assosiasiyanın fitnes üzrə mütəxəssisi Turcay Əhmədov keçir. Proqram futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri, eləcə də bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
AFFA Futbol Fitnesi C Sertifikat Proqramının əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə baza bilik və bacarıqları qazandırmaq, həmçinin, onları UEFA Fitnes B təhsil yoluna hazırlamaqdır.
Kurs fasilələrlə noyabradək davam edəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az