Azərbaycanı beynəlxalq arenada təmsil etməyə hazırlaşan “Turan” Voleybol Klubu İtaliyadakı təlim-məşq toplanışını uğurla davam etdirir.
Sportliqa.az xəbər verir ki, təmsilçimizin əsas məqsədi yeni mövsümə və CEV Çempionlar Liqasının məsul yarışlarına maksimal səviyyədə hazırlaşmaqdır.
Hazırlıq prosesi çərçivəsində komanda yalnız intensiv məşqlərlə kifayətlənməyəcək. Kollektiv heyətin durumunu qiymətləndirmək və müxtəlif taktiki gedişləri sınaqdan keçirmək üçün İtaliyada bir neçə yoldaşlıq görüşünün keçirilməsini də planlaşdırır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az