"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib. Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub.
Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.
Xatırladaq ki, "Sumqayıt" Misli Premyer Liqasının 6-cı turu çərçivəsində növbəti matçını sentyabrın 20-də səfərdə "Kəpəz"ə qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az