"Xankəndi" Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.
Sportliqa.az xəbər verir ki, Günel Abbas "Xankəndi" FK-nın mətbuat katibi vəzifəsinə təyin olunub.
O, 2 ildən artıqdır ki, Qarabağ Universitetində PR mütəxəssisi kimi fəaliyyət göstərir.
Günel Abbasın rəhbərliyi ilə klubun media və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, "Xankəndi" FK-nın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az