Azərbaycan Kubokunun finalı Gəncədə
Futbol üzrə Azərbaycan Kubokunun 2026-2027 mövsümünün final matçının keçiriləcəyi məkan bəlli olub.
Sportliqa.az xəbər verir ki, final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov feysbuk hesabında yazıb.
O paylaşımında bildirib: "Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də keçiriləcək.