“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri komandaya təqdim olunub.
Sportliqa.az xəbər verir ki, təqdimat ötən gün komandanın məşqindən öncə baş tutub. Klubun prezidenti Fariz Nəcəfov Beqirini futbolçulara və məşqçi heyətinə təqdim edib.
Qeyd edək ki, Yeton Beqiri sentyabrın 20-dən etibarən komandanın baş məşqçisi kimi fəaliyyətə başlayacaq.
Xatırladaq ki, tərəflər arasında 1+2 illik müqavilə də imzalanıb. "Qəbələ" Misli Premyer Liqasının 6-cı turu çərçivəsində növbəti matçını sentyabrın 18-də "Neftçi"yə qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az