“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
- YENİLƏNİB
Bu gün Misli Premyer Liqasının 6-cı tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşıb. Bu, "Neftçi" üçün əlamətdar oyun olub. Çünki bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçı kimi tarixə düşüb. Görüşdə paytaxt təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Digər oyunda isə “Qarabağ” "Şəfa”nı qəbul edib. Matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
18 sentyabr (cümə)
19:45. “Qarabağ” - “Şəfa” - 1:0
Qol: Marko Yankoviç, 61-pen.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov, Kamranbəy Rəhimov (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
17:30. “Qəbələ” - “Neftçi” - 0:3
Qollar: Breno Almeyda, 25 (0:1), A.Akinyemi, 86 (0:2), Lyubomir Tupta, 90+2 (0:3)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov Tural Qurbanov (VAR), Asiman Əzizli (AVAR)
Qəbələ şəhər stadionu