Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Sportliqa.az xəbər verir ki, 4-cü turda kişilərdən ibarət komanda Çexiya ilə üz-üzə gəlib.
Qarşılaşma heç-heçə bitib – 2:2.
Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətiriblər. Yığma 2,5:1,5 hesabı ilə qalib gəlib. Yalnız Gövhər Beydullayevə partiyasını qələbə ilə başa vurub. Digər qarşılaşmalar bərabərliklə yekunlaşıb.
Daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi (2,5:1,5) məğlub edib.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az