Azərbaycanın Qadınlar Super Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Sportliqa.az xəbər verir ki, mərasimdə AFFA rəsmiləri, qadın futbol klublarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edib. O yarış iştirakçılarına uğurlar arzulayıb və çempionatın əhəmiyyətindən danışıb.
Ardınca Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva çıxış edib və komandalara uğurlar arzulayıb.
AFFA-nın texniki direktoru Emrah Aykurt isə çıxışında yarışın formatı, komandaların iştirakı və qaliblərin hansı liqalara vəsiqə qazanacağı, həmçinin yarışın məqsədləri barədə məlumat verib.
Daha sonra Qadınlar Super Liqasının yeni loqosu təqdim olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az