AÇ-2024-ün seçmə mərhələsinin son 2 turunda Türkiyə və Uelsə uduzan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç açıqlama verib.
Sportliqa.az xəbər verir ki, o, məğlubiyyətlərdə səbəbkar olduğunu deyib:
"Məğlubiyyəti haqq etdik. Uels bizdən daha yaxşı oynadı, onlar daha aqressiv və istəkli idilər. Necə qol vuracağımızı bilmirik. Bu, çox pis haldır. Uelsin Ermənistan və Türkiyə ilə oyunlarının nəticəsi bizim üçün çox vacibdir. Bu vəziyyətin günahkarı da mənəm. Üzr istəyirik. Çox çətin vəziyyətə düşdük. Pis oynayırıq və bunu dəyişməliyik. Latviyaya necə qalib gəlməli olduğumuzu tapmalıyıq. Özgüvənimiz azaldı, amma yaxşılaşacağımıza inanıram".