Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha 3 medal qazanıblar.
Sportliqa.az xəbər verir ki, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar.
Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az