Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Gəncədə təlim-məşq toplanışı keçir.
Sportliqa.az xəbər verir ki, “Kəpəz” PFK-nın bazasında qərarlaşan yığma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında məşq edir.
Təlim-məşq toplanışı çərçivəsində U-17 milli və “Kəpəz”in oğlanlardan ibarət U-14 komandası arasında yoxlama matçı keçiriləcək. Oyun sentyabrın 24-ü saat 16-ya təyin olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az