“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib.
Bu barədə Sportliqa.az-a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.
Klub müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb.
Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb. O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də çalışıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az