“Şəfa”nın milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün planı bəlli olub.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.
Hazırlığın bir hissəsinin Qəbələdə təşkil olunacağı qeyd edilib.
Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.