Respublika Velotrekində məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda təlim keçirilib.
Bu barədə Sportliqa.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildirilib.
Təlimi təhlükəsiz idman üzrə məsul şəxs Vüsal Baloğlanov keçib.
Tədbirdə məşqçilərə müxtəlif suallar ünvanlanıb, idman mühitində qarşılaşa biləcək situasiyalar üzrə praktiki tapşırıqlar təqdim olunub.
İştirakçılar real vəziyyətlərin necə qiymətləndirilməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az