Azərbaycan millisi Dünya Seriyasının final mərhələsində yarışacaq
Azərbaycanın çimərlik güləşi üzrə milli komandası sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq.
Bu barədə Sportliqa.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda yarışacaqlar.
Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq.
Yarışda ədaləti I-S dərəcəli azərbaycanlı hakim Asif Şirəliyev qoruyacaq.