II Liqa: "Cəbrayıl"dan darmadağın, "Füzuli" "Baku Sportinq"lə heç-heçə etdi
											
																					
 
									
								 
								 
									
										 
											
												
												16 Oktyabr 2023 16:05											 
											
												
												
											 
										
  
									 
								 
								
									Bu gün futbol üzrə Azərbaycan II Liqasında 7-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, turun son oyun günündə daha iki qarşılaşma baş tutub.
Liqanın iddialılarından olan “Cəbrayıl” qalib gəlib, “Füzuli” isə bir xalla kifayətlənib.
"Cəbrayıl" – "Dinamo" - 6:0
"Füzuli" – "Baku Sportinq" - 1:1
Turnir cədvəlinə isə 16 xala malik “Göygöl” və “Baku Sportinq” rəhbərlik edirlər. Sonuncu pillədə isə bir xalla “Kürmük-Qax” qərarlaşıb.