Azərbaycan millisinin iki futbolçusu AÇ-2024-ün seçmə mərhələsində bu gün Avstriya ilə evdə keçiriləcək matçın 23-lüyündən kənarda qalıb.
Sportliqa.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Türkiyənin “Tuzlaspor” klubundan müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevə ehtiyac duymayıb.
Adı çəkilən futbolçular qarşılaşmanı tribunadan izləməli olacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan – Avstriya görüşü bu gün, saat 20:00-da start götürəcək.