21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Azersun Arena”da Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub.
Sportliqa.az xəbər verir ki, Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə 21-in düşərgəsinə qoşulub.
Qeyd edək ki, Səfərov dünən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanın əsas millisinin heyətində Avstriyaya qarşı oynayıb.