21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, milli “Azersun Arena”da Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Dumitri Munteandır. Ona həmyerliləri Denis Oala, Sergiu Boqdan kömək edəcəklər. İqor Boska isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.
AVRO-2025, seçmə mərhələ
F qrupu, IV tur
17 oktyabr
18:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Dumitri Muntean (Moldova).
Bakı. “Azersun Arena”.