Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma keçiriləcək.
"İmişli" "Şəfa"nı qəbul edir. Komandaların ilk dövrədəki oyununda "imişli" 1:0 hesabı ilə qalib gəlib. Bu, "Neftçi"nin cari mövsümdə yaganə məğlubiyyətidir.
Turun mərkəzi matçında isə lider "Neftçi" "Zirə" ilə üz-üzə gələcək. İlk dövrədə keçirilən oyunda "Zirə" "Neftçi"ni üstələyib - 1:0.
27 noyabr
Misli Premyer Liqası, 13-cü tur
14:30. "İmişli" – "Şəfa" - 1:2 (Fasilə)
Qollar: Elnur Cəfərov, 14 (0:1), 29 (0:2), Ronaldo de Souza, 41 (1:2)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov, Nicat İsmayıllı (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu
19:00. "Neftçi" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov, Kamal Umudlu (VAR), Şirmamed Mamedov (AVAR)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az