Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 0:1 hesabı ilə uduzduqları oyunda azarkeş sayının az olmasından danışıb.
Sportliqa.az xəbər verir ki, İsveçin “Yurqorden” klubunda çıxış edən gənc forvard tərəfdarlara ehtiyacları olduğunu vurğulayıb:
“Azarkeş nə qədər çox olsa, o qədər də yaxşıdır. Bu gün də oyun elə gedirdi ki, son dəqiqələrdə hiss etdik ki, tərəfdarlara ehtiyacımız var. Rəqib üzərində təzyiq yaratmışdıq. Düşünürəm ki, fanatların sayı meydanda çox olsaydı, bir az da üstünlük yaradardıq. “Qarabağ”ın heyətində avrokuboklarda burada oynayanda arena dolurdu”.
Qurbanlı nəticələrin zəif olmasına görə azarkeşlərin gəlməsi ilə razılaşıb: “Azarkeş sayının az olması normaldır. Düşünürəm ki, nəticələr yaxşı olanda azarkeş daha çox gəlir. Bu dünyanın hər yerində belədir. Amma yenə də bizim bir milli komandamız var, ikincisi yoxdur, ona görə də gəlməyə dəyər. Ümid edirəm ki, qarşıdakı matçlarda daha çox olar”.