Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az PFL-ə istinadən xəbər verir ki, II Liqada keçirilən oyunlardan sonra iclasında aşağıdakı qərarlar qəbul edilib:
II Liqa VII tur
14.10.2023-cü il tarixində II Liqanın VII turunun “Şəmkir” – “Sheki City” oyunu “Sheki City” klubunun qapıçısının formasında qüsurlar olduğuna görə görüş gec başlandığı üçün “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 75.6);
14.10.2023-cü il tarixində II Liqanın VII turunun “Şəmkir” – “Sheki City” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən oyunun hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Şəmkir” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
15.10.2023-cü il tarixində II Liqanın VII turunun “Kürmük Qax” – “Şəfa” oyunu bitdikdən sonra “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirdiyinə görə 5 oyun cəzalanır, “Kürmük Qax” klubu 400 manat cərimə edilir (maddə 43.4);
15.10.2023-cü il tarixində II Liqanın VII turunun “Kürmük Qax” – “Şəfa” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kürmük Qax” klubu 50 manat cərimə edilir (maddə 70.1);
16.10.2023-cü il tarixində II Liqanın VII turunun “Füzuli” – “Baku Sportinq” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);
03.10.2023-cü il tarixində II Liqanın V turunun “Göygöl” – “Dinamo” oyununda “Göygöl” klubunun heyətində 25 nömrəli futbolçu Fərid Məmmədovun çıxış etməsi ilə bağlı məsələ İntizam Komitəsi tərəfindən ətraflı araşdırılıb. II Liqada transfer pəncərəsinin 30 sentyabrda bağlanmasını, “Göygöl” klubunun futbolçunun azad edilmə sənədini qarşı tərəfdən almasını, futbolçunun mövsüm ərzində 3 klubda sifariş edilib 2 klubda oynaya bilməsini, həmçinin II Liqanın yarıhəvəskar turnir olduğunu nəzərə alaraq “Göygöl” klubuna hər hansı sanksiya tətbiq edilmir.