Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Beşiktaş" matçının hakimləri açıqlanıb.
Sportliqa.az xəbər verir ki, qarşılaşmanı Halil Umut Meler idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Halil Umut Melerə yan xətt hakimləri Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcək. Dördüncü hakim funksiyasını isə Mert Güzenge yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" qarşılaşması 21 oktyabr tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az