
Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edir.
Sportliqa.az xəbər verir ki, oyun gecikmə ilə başlayıb. Start fitinin saat saat 16:30-da çalınması gözlənilən qarşılaşma 9 dəqiqə yubanıb. Buna İtaliya A Seriyasının “Roma” – “Montsa” görüşü səbəb olub.
“CBC Sport” İtaliya çempionatının qarşılaşmasını yayımlayıb. Romadakı matça təxminən 10 dəqiqə əlavə olunduğundan, idman telekanalının rəsmiləri oyunun AFFA nümayəndəsindən Qəbələdəki duelin bir qədər gec başlamasını xahiş edib.
Nəticədə stadiondakı və televizor qarşısındakı izləyicilərin həsrəti 16:39-da başa çatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması