“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 8-ci turunda “Volfsburq”la (2:1) keçirilən oyundan sonra təəssüratlarını bölüşüb.
Sportliqa.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının yaxşı formada olduğunu bildirib. O, indi bütün diqqətlərini “Qarabağ”la qarşılaşmaya yönəltdiklərini vurğulayıb: “Hər zaman eyni heyətlə oynamaq, demək olar ki, mümkün deyil. Hər kəsin oynamağa hazır olması lazımdır. Xoşbəxtəm ki, yaxşı komandamız var. Hamı bir-birini dəstəkləyir. Hər kəsin meydana çıxmaq şansı olacaq. Futbolçular acdır. Yaxşı durumdayıq, enerjimiz var. Ancaq hələ oktyabrdayıq. İndidən may ayı barədə danışmaq ağıllı olmaz. Hələ çox matçlar olacaq. Hər bir görüş də çətin olur. İndi yalnız “Qarabağ” haqda düşünürük. Yalnız ondan sonra “Frayburq”la çempionat görüşünə köklənəcəyik”.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.