Azərbaycanı voleybol üzrə Çelenc kubokunda təmsil edən “Xarı Bülbül Şuşa” 1/32 final mərhələsində Slovakiyanın “TJ Spartak MYJAVA” komandası ilə üz-üzə gələcək.
Sportliqa.az xəbər verir ki, tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç GİN-in Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hər iki qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsilə yayımlanacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az